Modern.az

Türkiyədə növbəti TERROR: 5 nəfər öldü – FOTO

Türkiyədə növbəti TERROR: 5 nəfər öldü – FOTO

14 Yanvar 2016, 09:00

Türkiyənin Diyarbəkir vilayətində üç polis məntəqəsinə silahlı hücum edilib. Modern.az Türkiyə  KİV-nə istinadən xəbər verir ki,  hücum nəticəsində 39 nəfərin yaralandığı və 5 nəfərin öldüyü bildirilir. Yaralılar arasında qadınlar və uşaqlar da var.

Hücum edənlərin PKK üzvləri olduğu qeyd olunur.

Hücum edənlərin saxlanılması üzrə xüsusi əməliyyat başlanılıb.

Bildirilir ki, terrorçular eyni anda üç müxtəlif yerə - polis şöbəsi, jandarm idarəsi və polis əməkdaşlarının xidməti mənzillərinə hücum edib.

Məlumata görə terrorçular bir polis bölməsinin yaxınlığında minalanmış avtomobili partladıb, daha sonra binanı qumbaraatanlardan atəşə tutublar.


Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi