İndoneziyanın paytaxtı Cakarta da silsilə terror aktları törədilib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ilk hadisə Sarinah adlı ticarət mərkəzinin yaxınlığında baş verib. Daha sonra daha 5 partlayış baş verib ki, nəticədə son məlumatlara görə azı 6 nəfər həlak olub.Məlumata görə hadisənin baş verdiyi ərazi BMT –nin ofisinə yaxın olub.
Hazırda polis qüvvələri cinayətin təşkilatçılarının axtarışını aparırlar.
İndoneziya tarixində ən dəhşətli terror aktı 2002-ci ildə Bali adasında baş vermişdi. Həmin partlayışlar zamanı 200-dən artıq xarici turist həlak olmuşdu.
Vüqar İsmayılov