“İlkin məlumata əsasən İndoneziyada baş vermiş terror aktlarında həlak olan və ya xəsarət alanlar arasında Azərbaycan Respublikası vətəndaşları yoxdur”. Modern.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
XİN rəsmisi bildirib ki, Azərbaycan Respublikasının İndoneziyadakı səfirliyi fəaliyyətini davam etdirir və məsələ ilə əlaqədar İndoneziyanın dövlət qurumları ilə təmasdadır.“Səfirlik tərəfindən İndoneziyada daimi əsasda yaşayan Azərbaycan vətəndaşlarına kütləvi yerlərdən kənar durmaları tövsiyə olunub. Azərbaycan Respublikasının İndoneziyadakı Səfirliyində otuza yaxın Azərbaycan vətəndaşı konsulluq qeydiyyatındadır”-deyə, H.Hacıyev əlavə edib.
Modern.az