İndoneziya paytaxtında teror aktı törədən silahlılara qarşı xüsusi əməliyyat keçirilir.
Modern.az xarici KİV-ə isitnadən xəbər verir ki, 10-15 nəfərlik terrorçu qrup Cakartada yerləşən kinoteatrlardan birində gizlənib.Xüsusi təyinatlı qüvvələrin keçirdiyi əməliyyat zamanı onlardan 4-ü öldürülüb.
Ümumilikdə, terrorçuların partlayış və silahlı hücumları zamanı aralarında polis zabitinin də olduğu 7 nəfərə həlak olub.
Ölkə başçısı artıq baş verənləri İŞİD qruplaşmasının təşkil etdiyi terror aktı adlandırıb.
Vüqar İsmayılov