Fransa aviasiyası ötən gecə İŞİD-in nəzarətində olan Mosul şəhərinə güclü hava zərbələri endirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.Zərbələr İŞİD-in gizli sığınacaqlarına və döyüş postlarına endirilib. İraqın ən böyük ikinci şəhəri olan Mosul 2014-cü ilin yayından terror qruplaşmasının nəzarətindədir.
Fransa İŞİD-ə qarşı mübarizə aparan koalisiyasının 65 üzvündən biridir.
Vüqar İsmayılov