İsrailin sabiq prezidenti Şimon Peres ürək tutması keçirib. Modern.az saytı İsrail KİV-nə istinadən xəbər verir ki, 92 yaşlı eks-prezident təcili olaraq “Şiba” xəstəxanasına yerləşdirilib. Onun üzərində katarsizasiya əməliyyatı keçirilib.
Hazırda Şimon Peresin vəziyyətinin yaxşı olduğu və eks-prezidentin hətta həkimlərlə zarafat etdiyi də bildirilir.
Vüqar İsmayılov