Modern.az

Sumqayıtda şagirdi döyən müəllimlə bağlı son qərar veriləcək

Sumqayıtda şagirdi döyən müəllimlə bağlı son qərar veriləcək

14 Yanvar 2016, 12:49


“22 saylı məktəbdə baş verən hadisələr Sumqayıt üçün yaxşı hal deyil. Araşdırmalar aparılır”.

Bu sözləri Modern.az-a açıqlamasında Sumqayıt şəhər Təhsil Şöbəsindən məlumat verilib. Bildirilib ki, müvafiq qurumlar hazırda məktəbdədir və hər iki tərəfin izahatları alınıb.

“Hazırda araşdırma davam edir. 1 saata müəllim haqqında qərar veriləcək. Ya o, işdən azad ediləcək, ya da ciddi şəkildə cəzalandırılacaq”.  

Qeyd edək ki, Sumqayıt şəhərindəki 22 saylı məktəbdə çəkilən videoda aydın görünür ki, əsəbləri soyumayan müəllim həmin şagirdi sinfin küncünə apararaq döyməkdə davam edir.

Sinifdə olan uşaqlar həmin müəllimə xəbərdarlıq edib ki, şagirdin səhhətində problem var. Buna məhəl qoymayan müəllim döyməyə davam edir.    

Aytən ZƏHRA

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi