Modern.az

Bu ölkədə məhkumlara söyüş söymək və jarqonla danışmaq qadağan edilib

Bu ölkədə məhkumlara söyüş söymək və jarqonla danışmaq qadağan edilib

14 Yanvar 2016, 13:05

 

Rusiya Ədliyyə Nazirliyi ölkədəki müvəqqəti saxlanma təcridxanaları üçün yeni daxili nizamnamə hazırlayıb.  

Modern.az Rusiya KİV-nə istinadən məlumat verir ki, yeni dəyişiklik təcridxanada saxlanılan şəxslərin nitqlərinə də müdaxilə edir.

“İstintaq təcridxanalarında saxlanılanlara digər şəxslərlə dialoq zamanı ədəbsiz sözlərdən, təhqirlərdən və həbsxana jarqonundan istifadə etmək qadağan olunur”.

Bundan başqa, nazirlik təcridxanalarda quraşdırılan kameraların çəkilişinə mane olmağı, həkimin icazəsi olmadan dərman qəbul etməyi də qadağan edir. Paralel olatraq, məhkumların elektrik çaydanı, dezodorant və üzqırxmaq üçün gel saxlamalarına icazə verilib.      

Vüqar İsmayılov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi