Modern.az

Abel Məhərrəmovdan universitetin doktorantlarına çağırış - FOTOLAR

Abel Məhərrəmovdan universitetin doktorantlarına çağırış - FOTOLAR

14 Yanvar 2016, 13:45

 

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya yeni qəbul edilmiş gənc alim və mütəxəssislərlə görüşüb, onları təbrik edərək tövsiyə və tapşırıqlarını verib.

Modern.az xəbər verir ki, rektor çıxışında doktorantları bu layihələrə qatılmağa çağırıb:

“Universitetimiz dünyanın bir sıra qabaqcıl elm və tədris müəssisələri ilə əməkdaşlıq edir, hər il ümumi məbləği 5-7 milyon ABŞ dolları həcmində olan 80-dan çox yerli və beynəlxalq proqram və qrantlarda iştirak edir və düşünürəm ki, doktorantlarımızın bu layihələrə qatılması vacibdi”.

Bu ildən başlayaraq Azərbaycan alimlərinə Tomson Reyter Agentliyinin elmi bazasından istifadə imkanlarının yaradılacağını deyən, rektor doktorantlara bu bazadan yararlanmağı məsləhət görüb. Eyni zamanda doktorantların elmi rəhbər məsələsinə toxunan rektor bildirib ki, dünya elminə inteqrasiya, innovativ istiqamətlərin inkişaf etdirilməsi və keyfiyyətin yüksəldilməsi üçün hər bir doktoranta biri xarici ölkədən olmaqla iki elmi rəhbərin və ya məsləhətçinin təyin olunması məqsədəuyğundur. 

Rektor onu da qeyd edib ki, fakültə dekanları və kafedra müdirləri bu məsələdə doktorantlara yardımçı olmalıdırlar. Ehtiyac yarandıqda təcrübə mübadiləsi və elmi-tədqiqat işi aparmaq üçün doktorantların xarici ölkələrə ezam edilməsi, o cümlədən xarici ölkələrdən olan elmi rəhbərlərin ölkəmizə dəvəti, onların elmi müzakirələrdə və müdafiə proseslərində iştirakları universitet tərəfindən qarşılanacaq.

Tədbirdə daha sonra BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə, Magistratura və Doktorantura şöbəsinin müdiri professor Afət Məmmədova çıxış edərək doktorantlara lazımi məsləhətlər veriblər.


Modern.az  
Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi