Modern.az

Nərimanov rayonunda qaz niyə yoxdur? - AÇIQLAMA

Nərimanov rayonunda qaz niyə yoxdur? -  AÇIQLAMA

Təhsil

14 Yanvar 2016, 17:40


Artıq bir neçə saatdır ki, Bakı şəhəri, Nərimanov rayonu ərazisində qaz verilişi dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Modern.az saytına deyib ki, buna səbəb ərazidə qeydə alınan qaz sızmasıdır:

“Süleyman Rəhimov və Akademik Həsən Əliyev prospektinin kəsişməsində (“Kral” şadlıq sarayının yaxınlığı) orta təzyiqli yeraltı qaz xəttində qaz sızması aşkar olunub. Hazırda ərazidə təmir işləri aparılır.Yaxın saatlarda işlər yekunlaşdıqdan sonra qaz verilişi bərpa ediləcək”.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?