Modern.az

Ermənistanda qubernatorun evini yardılar

Ermənistanda qubernatorun evini yardılar

Təhsil

14 Yanvar 2016, 18:03

Ermənistanın Tavuş vilayətinin qubernatoru Ovik Abovyanın evi yarılıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə ötən gecə baş verib. Naməlum şəxslər qubernatorun yaşadığı evə balkondan daxil olublar.  

Onlar Ovik Abovyana məxsus evdən qızıl-zinət əşyaları, külli miqdarda pul və 2 mobil telefon aparıblar.  

Faktla bağlı Ermənistan polisi araşdrıma aparır.  

Vüqar İsmayılov    

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?