“İqtisadi böhran Bakı-Tiflis-Qars dəmir yolunda işlərin aparılmasına maneə yaratmayıb”. Modern.az saytı xəbər verir ki, bunu "APA-Economics"ə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
“Dövlət başçısının sərəncamı ilə bu il Bakı-Tiflis-Qars dəmir yoluna maliyyə Dövlət Neft Fondundan ayrılıb. Orada 22-25 dərəcə şaxta olmasına baxmayaraq, həmvətənlərimiz tikinti işlərini davam etdirirlər”, - deyə o bildirib.
C. Qurbanov əlavə edib ki, Azərbaycan tərəfinin nəzarət etdiyi sahədə xırda işlər qalıb: “İşlərin 85 faizi artıq yekunlaşıb. Yanacaqla işləyən lokomotivlə o yolda hərəkəti təmin edə bilərik, yükləri daşıya bilərik”.
Modern.az