Modern.az

Bakıda məktəb mühafizəçisi uşaqbazlıqda ittiham olundu

 Bakıda məktəb mühafizəçisi uşaqbazlıqda ittiham olundu

14 Yanvar 2016, 21:59

 

Bir neçə gün əvvəl Bakının 7 saylı orta məktəbində oxuyan qızlardan birinin (şagirdin adı-soyadı redaksiyaya məlumdur, ancaq məlum səbəblərdən hələlik onun adını açıqlamırıq-red.) anası Səbail Rayon Polis İdarəsinə müraciət edib. Modern.az saytı virtualaz.org-a istinadən xəbər verir ki, ana müraciətində  6-cı sinif şagirdi olan qızının həftənin ikinci günü orada oxuyan balaca bacısının dalınca məktəbə getdiyini bildirib. Qız foyedə bacısını gözləməyə başlayıb. Bu vaxt oranın mühafizəçisi yavaş-yavaş qıza yaxınlaşıb və onu özünə tərəf çəkərək öpməyə və seksual xarakterli digər hərəkətlər etməyə cəhd göstərib.

Xoşbəxtlikdən uşaq onun əlindən çıxa bilib və evdə bu barədə anasına danışıb. Anası isə dərhal polisə üz tutub. İlkin istintaq zamanı məlum olub ki, haqqında söhbət gedən mühafizəçi M.Muxtarov məkəbin müqavilə bağladığı müstəqil mühafizə xidməti “Riad”ın əməkdaşıdır.

Məktəbin direktoru Könül Həsənova bildirib ki, valideynlərin polisə şikayətindən sonra mühafizəçi dəyişdirilib. Hüquq-mühafizə orqanlarından isə saytımıza bildirilib ki, artıq fakt üzrə cinayət işi qaldırılıb. Ancaq haqqında söhbət gedən mühafizəçi hələ saxlanılmayıb. O, cinayət məsuliyyətinə günahı sübut olunduğu təqdirdə cəlb olunacaq.

 Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi