Modern.az

İcra başçısının nümayəndəsi aksiyaya görə saxlanılıb

 İcra başçısının nümayəndəsi aksiyaya görə saxlanılıb

14 Yanvar 2016, 22:41

 

Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Modern.az saytı APA-ya istinadən xəbər verir ki, Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Şakir Hacıyev yanvarın 13-də rayonda baş verən hadisələrlə bağlı saxlanılıb.

Hadisə ilə bağlı daha bir neçə nəfərin də saxlanıldığı qeyd olunur.  

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bağır Aslanov APA-ya Ş. Hacıyevin saxlanılması faktını təsdiqləyib.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi