Modern.az

Federal axtarışda olan azərbaycanlı yaxalandı

Federal axtarışda olan azərbaycanlı yaxalandı

15 Yanvar 2016, 10:35

Rusiyanın Perm vilayətində 36 yaşlı azərbaycanlı yaxalanıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, yol polisi VAZ avtomobilini idarə edən 36 yaşlı Azərbaycan vətəndaşını saxlayıb.  

Araşdırmalar zamanı onun polislərə təqdim etdiyi sürücülük vəsiqəsinin saxta olduğu və azərbaycanlının federal axtarışa verildiyi aydınlaşıb.

Onun Çelyabinsk vilayətində bir neçə ağır cinayətdə şübhəli bilindiyi xəbər verilir. Hazırda 36 yaşlı azərbaycanlı həbs olunub.  

Vüqar İsmayılov

 
Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi