Modern.az

İcra başçısı süni qiymət artımı ilə bağlı reydlərə çıxdı

İcra başçısı süni qiymət artımı ilə bağlı reydlərə çıxdı

15 Yanvar 2016, 10:53


Son günlər manatın məzənnəsinin aşağı düşməsi ilə qiymətlərin artması səbəbindən bir sıra rayonlarda kütləvi etiraz aksiyaları keçirilib. Füzuli rayonu da narazılıq baş verən bölgələr siyahısına daxildir.

Füzuli rayon İcra Hakimiyyətindən Modern.az-a bildirlib ki, rayonda sabitliyi pozmaq cəhdləri baş tutmayıb. Qeyd edilib ki, rayonda süni qiymət artımının qarşısının alınması məqsədi ilə aiddiyyati qurumların nümayəndələri ilə birgə istehlak bazarına nəzarət gücləndirilib, qiymətlərin süni şişirdilməsi, süni mal qıtlığı, qiymətlərdə manipulyasiya hallarına yol verilməməsi və digər sui-istifadə hallarının qarşısının alınması üçün bu sahəyə diqqət artırılıb.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Bala Bəhmənli kəndi ərazisində (“Dörd yol” adlanan yerdə) əsas bazarının yerləşdiyi yerdə topdan və pərakəndə satış mərkəzlərində olub, əhali ilə söhbət edib, ərzaq məhsullarının qiymətləri ilə maraqlanıb. Alıcı və satıcılarla söhbət zamanı müəyyən olunub ki, hazırda rayon ərazisində 50 kq-lıq unun bir kisəsinin qiyməti 24 manatdır.
Qeyd edilir ki, rayonun topdan və pərakəndə satış mağazalarında kifayət qədər un var və bu sahədə heç bir problem yoxdur.
Bildirilib ki, icra başçısı “Dörd yol” adlanan ərazidə yerləşən bazarda və topdan satış mərkəzlərində olarkən əhalinin istehlak səbətinə daxil olan ərzaq məhsullarının qiymətində ciddi artım müşahidə edilmədiyi, rayonda süni mal qıtlığının mövcud olmadığı müəyyənləşdirilib.

Qeyd edilib ki, istehlak bazarında süni qiymət artımının qarşısını almaq məqsədilə rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılıb.  Komissiyanın üzvləri hazırda rayon ərazisində yerləşən bazarlara və topdan və pərakəndə satış mağazalarına gündəlik nəzarət tədbirləri həyata keçirirlər.

Bildirilib ki, Prezident İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq, İcra Hakimiyyəti aidiyyati qrumlarla birgə istehlak bazarında qiymət artımı ilə bağlı səbəbləri araşdırır və müvafiq tədbirlər görür.  Rayon ərazisində qiymətlərin süni şişirdilməsi, qiymətlərdə manipulyasiya hallarına yol verən istehsalçılar, idxalçılar və ticarət obyektləri barədə qanunvericilikdə nəzərdə tutulan tədbirlər görülür. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi