Modern.az

Qazaxıstan neftin 20 dollar olmasına hazırlaşır

Qazaxıstan neftin 20 dollar olmasına hazırlaşır

15 Yanvar 2016, 11:13

 


Qazaxıstan dünya bazarında neftin 1 barelinin 20 dollar olacağı ehtimalına qarşı yeni iqtisadi konsepsiya hazırlayır.

Modern.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə baş nazirinin 1-ci müavini Batıkjan Saqintayev məlumat verib.

“Dünya bazarında neftin sürətlə ucuzlaşmasını və qeyri-müəyyən situasiyanı nəzərə alaraq dövlət başçsının göstərişi ilə hökumət neftin  20 dollar olacağı halda gözlənilən iqtisadi ssenariləri gözdən keçirir”.  

Saqintayev bildirib ki, yaranmış vəziyyətdə hökumət dövlət büdcəsinin xərclər hissəsinə yenidən baxmalı olacaq və sosial sfera istisna olmaqla digər sahələrdə ixtisarlara gedəcək.

Baş nazirin müavini 2015-ci ildə Qazaxıstan iqtisadi inkişafının 1,2% artdığını da deyib.    

Vüqar İsmayılov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi