Modern.az

74 yaşlı idmançı Olimpiada tarixinə düşə bilər

74 yaşlı idmançı Olimpiada tarixinə düşə bilər

15 Yanvar 2016, 13:06



74 yaşlı yaponiyalı çapar Xirosi Xoketsu bu il Braziliyanın Rio-De-Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunlarında iştirak etməyə iddialıdır.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Yapnoiya Atçılıq İdmanı Federasiyasının məlumatına görə, Xoretsu yaxınlarda keçiriləcək sonuncu seçim turunda lazımi xalları toplaya bilsə, Olimpiadaya qatılmaq hüququ əldə edəcək.

Xirosi Xoketsu ilk dəfə 1964-cü il Yay Olimpiya Oyunlatının at yarışlarına qatılıb. O, 71 yaşında London Olimpiadasında da çıxış etmişdi.

Tarxidə ən yaşlı olimpiyaçı isveçli atıcı Oskar Svan hesab olunur. 1920-ci ildə Antverpendə keçirilən Olimpiada zamanı Svenin 72 yaşı var idi. Həmin yarışlarda o, gümüş medal qazanmışdı.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi