Ermənistanın elektron kütləvi informasiya vasitələri Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində təxribat törətməsi və itki verməsi barədə növbəti dəfə məlumat yayıblar.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bununla bağlı Modern.az saytına açıqlama verərək, düşmən tərəfin növbəti uydurma xəbər yaydığını bəyan edib
“Düşmən tərəfi ictimaiyyəti çaşdıran və həqiqətə uyğun olmayan bu cür xəbərləri yaymaqla gələcək təxribatları üçün zəmin yaratmaq məqsədi daşıyır.
Bildiririk ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib və qoşunların təmas xəttində əməliyyat şəraitinə tam nəzarət edir”.
Modern.az