Modern.az

Deputat rayonların birləşdirilməsi təklifinin əleyhinə çıxdı

Deputat rayonların birləşdirilməsi təklifinin əleyhinə çıxdı

15 Yanvar 2016, 13:58

İqtisadçı Vüqar Bayramov indiki böhran dövründə rayonlarda xüsusi iqtisadi zonaların yaradılması, inzibati-administrativ bölgüyə yenidən baxılması  (rayonların birləşdirilib sayının azaldılması), ayrılan dotasiyaların ləğv edilməsi təkliflərilə çıxış edib.

Bu təklif mediada müzakirə mövzusuna çevrilib.

Mili Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev isə Modern.az saytına deyib ki, rayonların birləşdirilib, sayının azaldılması gündəmdə olmayan məsələdir:

“Bu məsələ heç sovetlər dövründə də effekt vermədi. İndi istəyirlər ki, idarəetmə daha yaxşı, vətəndaşlara yaxın olsun, çevik struktur yaradılsın. Amma mən hesab edirəm ki, bu effektiv üsul deyil, həyata keçirilməsi də real görünmür. Çünki, nə Mili Məclisdə, nə də bizim komitədə belə bir layihə yoxdur”.

Deputat dotasiyaların ləğv olunmasının vacibliyini vurğulayaraq, bir neçə məsələni diqqətə çatdırıb:

“Hər bir rayon yerli istehsalla özünü təmin etməlidir. Çünki, regionlarda hər cür şərait yaradılıb: qaz, su, işıq, yol infrastrukturu var. Ona görə də rayonların dotasiya ilə işləməsi yaxşı hal deyil. Respublika üzrə 6 rayon və şəhər (Bakı, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri, Abşeron, İmişli rayonları) dotasiyasız elan olunub. Bu çox yaxşı addımdır və davamlı olmalıdır ki, digər rayonlar da yerli büdcəni artırsınlar. Amma hesab edirəm ki, hələ ki kütləvi şəkildə rayonları dotasiyadan məhrum edilməsi səmərəli olmaz”

T.Rzayev bğlgələrdə böyük istehsal müəssisə və zonalarının yaradılması istiqamətində atılan addımları müsbət qiymətləndirib. O qeyd edib ki, bəzi ərazilərdə yaradılan bu cür zonlar effetiv nəticələr verir:

“Ağcabədi zonasında böyük taxılçılıq təsərrüfatı yaradılıb ki, 50 hektardan artıq taxıl verir. Eyni zamanda “Atena” şirkəti süd istehsal kombinatı yaradıb, xarici ölkələrə məhsul idxal edir. Bu, davamlı olmalıdır. Hər şey Bakıda yaradıla bilməz. Bakıya böyük insan axını olub ki, bu da problemlərin yaranmasına səbəb olub. Mütləq şəkildə yerlərdə istehsal sahələri yaradılmalıdır ki, insanlar orda qalsın, Bakıya axın etməsin”,

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi