Modern.az

Qubada məsciddə bomba HƏYƏCANI

Qubada məsciddə bomba HƏYƏCANI

15 Yanvar 2016, 15:26

Yanvarın 15-də Quba Cümə məscidinə bomba qoyulması haqqında polisə məlumat daxil olub. 

Modern.az saytı azadliq.org-a istinadən xəbər verir ki, məscidin yerləşdiyi əraziyə Daxili Qoşunların, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Hazırda məscidə partlayıcı qoyulub-qoyulmaması araşdırılır. 

 Cümə məscidindəki bugünkü namaz təxirə salınıb.

Dindarlar başqa məscidlərə yönləndirilib.

Quba rayon polis şöbəsindən Modern.az saytına bildirilib ki, məlumat təsdiqini tapmayıb.


Gülşən Raufqızı

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi