Modern.az

Vəkili Rauf Mirqədirovla görüşüb: “Narazılıq yoxdur”

Vəkili Rauf Mirqədirovla görüşüb: “Narazılıq yoxdur”

15 Yanvar 2016, 15:55


Vəkili “Ayna-Zerkalo” qəzetinin sabiq əməkdaşı, həbsdə olan jurnalist Rauf Mirqədirovla görüşüb.

Bu haqda Modern.az saytına məlumat verən vəkil Fuad Ağayev bildirib ki, müvəkkilinin saxlanma şəraitindən narazılığı yoxdur: “Saxlanma şəraiti normaldır. Amma səhhətindəki problemlər qalmaqda davam edir”.

2014-cü 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunan jurnalist Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunub.

Onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist  barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin nəticəsi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.  

Gülşən RAUFQIZI

 
Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi