Modern.az

Doğuşu qəbul edən həkimdən səhv – Mələfəni unutdu

Doğuşu qəbul edən həkimdən səhv – Mələfəni unutdu

15 Yanvar 2016, 16:14

Sankt-Peterburq şəhərindəki klinikalardan birində tragikomik hadisə baş verib.

Modern.az Rusiya KİV-nə isitnadən xəbər verir ki, Akademik Pavlov adına Universitetin klinikasında uşaq dünyaya gətirən qadın bir müddət sonra qarnının kiçilmədiyini və əksinə daha da böyüməyə başladığını müşahidə edib.

Hətta onun qarnında kəskin ağırlar baş qaldırıb.  

14 gün sonra yenidən xəstəxanaya baş vuran qadının qarnında əməliyyat mələfəsinin qaldığı müəyyən olunub.  

Doğumu qəbul edən həkim isə mələfənin necə qadının qarnında qaldığını yadına sala bilmədiyini deyib.  

Hazırda xəstəxanada Ruisya Səhiyyə Nazirliyi monitorinq aparmağa başlayıb.    

Fərrux QARALOV

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi