Makedoniyanın baş naziri Nikolay Qruevskiy istefa verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazirin istefa ərizəsi parlament spikeri Trayko Velyanoskiyə təqdim olunub.
2015-ci ilin yayında baş nazir Qruevskiy ilə müxalifət arasında 2016-cı ilin aprelində parlament seçkilərinin keçirilməsi barədə razılıq əldə olunmuşdu.
Müvəqqəti baş nazir olaraq hakim partiyanın rəhbər şəxslərindən Emil Dimitriyevin namizədliyi irəli sürülüb.
Vüqar İsmayılov