Modern.az

Narkotik satan nənələr saxlanıldı

Narkotik satan nənələr saxlanıldı

Təhsil

15 Yanvar 2016, 17:50


Rusiyanın Leninqrad vilayətində heroin satışı ilə məşğul olan 2 təqaüdçü qadın saxlanılıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, saxlanılan 69 və 74 yaşlı təqaüdçülər heroin ticarəti ilə məşğul olurmuş.   Onların üzərindən 3 qram heroin tapılaraq götürülüb və barələrində cinayət işi açılıb.  

Ötən ilin iyununda isə Perm şəhərində polis 81 yaşlı təqaüdçünü narkotik ticarətinə görə saxlamışdı.  

Bu addımı atmağa onu nəyin vadar etdyini soruşanda isə təqaüdçü “həyatda bir dəfə yaşayırsan, hər şeyi yoxlamaq lazımdır”- deyə cavab vermişdi.    

Vüqar İsmayılov   

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı