“Azercell” şirkəti mobil operatorda yaranmış nasazlıqla bağlı açıqlama verib. “Azercell Telekom” MMC Mətbuat Xidmətindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, problem texniki nasazlıqla bağlı olub:
“Yanvar ayının 15-də 14:20-14:55 radələri Bakının şərqi istiqamətindəki ərazilərdə Azercell şəbəkəsində SMS və səsli zəng xidmətləri ilə bağlı baş verən texniki nasazlıqlar tezliklə aradan qaldırılıb. Hal-hazırda “Azercell Telekom” şəbəkəsinin fəaliyyəti tam olaraq bərpa edilib”.
Gülşən RAUFQIZI