Modern.az

Şəkidə iki uşaq atası özünü asıb

 Şəkidə iki uşaq atası özünü asıb

Təhsil

15 Yanvar 2016, 21:28

 

Şəkidə intihar hadisəsi baş verib. Modern.az saytının APA-ya istinadən verdiyi məlumata görə, şəhər sakini, 1981-ci il təvəllüdlü Rauf Adil oğlu İlyasovun meyiti yaşadığı evin həyətindəki yardımçı tikilidə asılmış vəziyyətdə aşkar edilib.

İlkin məlumata görə, R. İlyasov özünə qəsd edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. R. İlyasovun iki uşaq atası olduğu bildirilir.  

Faktla bağlı Şəki rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı