Modern.az

Fərhad Əhmədovun nümayəndəsi təkzib etdi: “İş adamı həqiqətən Narışkinə məktub göndərib”

Fərhad Əhmədovun nümayəndəsi təkzib etdi: “İş adamı həqiqətən Narışkinə məktub göndərib”

Təhsil

15 Yanvar 2016, 22:14


Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədovla bağlı Modern.az saytında dərc olunmuş “Azərbaycanlı milyarderlə bağlı QALMAQAL - Fərhad Əhmədovun Narışkinə saxta məktubu...” adlı yazıya qarşı tərəfdən reaksiya gəlib. Fərhad Əhmədovun Bakıdakı rəsmi nümayəndəsi Nail Şahverdiyev Modern.az saytına göndərdiyi məktubda həmin məqalədə Nijni Novqorod Azərbaycanlıları Mədəni Muxtariyyətinin sədri Vidadi Abbasov söylədiyi fikirləri təkzib edib.

Xatırladaq ki, Rusiyadakı diaspor rəhbəri Vidadi Abbasov bildirmişdi ki, iş adamı Fərhad Əhmədovun Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə məktub yazaraq onu “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qəbuluna imkan verməməyə çağırması haqda yayılmış xəbər həqiqəti əks etdirmir.
V.Abbasov F.Əhmədovun adından yayılan məktubun saxta olduğunu və iş adamının belə bir sənəd imzalamadığını da vurğulamışdı.

Fərhad Əhmədovun Bakıdakı nümayəndəsi Nail Şahverdiyev isə diaspor rəhbəri Vidadi Abbasovun dediklərini əsassız iddia adlandırıb. O, yazıda Fərhad Əhmədovun mövqeyinin işqılandırlmamasını qərəz hesab edərək bildirib:

“Diqqətinizə çatdırıram ki, Fərhad Əhmədovun Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinə məktub ünvanladığı həqiqətdir. Belə ki, Sergey Narışkinə ünvanlanmış müraciət Fərhad Əhmədov tərəfindən 26.12.2015-ci il tarixində Azərbaycanda imzalanmış və aidiyyatı üzrə göndərilmişdi. Təbii ki, Bakıdan Moskvaya göndərilən məktub məlum qeyri-iş günləri ilə əlaqədar olaraq Dövlət Dumasının sədrinə 2016-cı ilin ilk iş günlərində çata bilərdi. Bu tarix də yavarın11-dən sonraya təsadsüf edir”.

Nail Şahverdiyev bildirib ki, məktubun Azərbaycandan Moskvaya göndərilməsi onunla əlaqədardır ki, həmin ərəfədə - 10.12.2016-cı il tarixində Fərhad Əhmədov anasının yas mərasimində iştirak etmək üçün Bakıya gəlmişdi. Və məktubu da burada imzalayaraq Sergey Narışkinə göndərib.

Nail Şahverdiyev yuxarıda adı çəkilən məqalədə təmsil etdiyi şəxsin işgüzar nüfuzuna xələl gəlməsindən təəssüfləndiyini bildirərək, məqalədə Nijni Novqorod Azərbaycanlıları Mədəni Muxtariyyətinin sədri Vidadi Abbasovu mövzuya aidiyyatı olmayan şəxs hesab etdiklərini vurğulayıb.

Modern.az bildirir ki, məqalə yazılarkən saytın əməkdaşı olan müəllifin Rusiyada yaşayan azərbaycanlı iş adamına qarşı hər hansı bir qərəzi olmayıb. Təəssüf ki, qarşı tərəflə əlaqə yarada bilməyən əməkdaşımız Fərhad Əhmədovun fikirlərinə yer verməkdə çətinlik çəkib.
O üzdən də bütün məsələlərdə həmişə obyektivliyi qoruyan Modern.az portalı Fərhad Əhmədovun rəsmi nümayəndəsinin fikirlərinə hörmətlə yanaşaraq, onun dərc etməyi vacib hesab edib.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı