Modern.az

Yeni partiya yaranır? İbrahim İbrahimli: “Bir az gözləyin, hər şeyi deyəcəyik”

Yeni partiya yaranır? İbrahim İbrahimli: “Bir az gözləyin, hər şeyi deyəcəyik”

30 Noyabr 2010, 14:21

Müsavat divanın üzvü İbrahim İbrahimlinin partiya sıralarından istefası siyasi çevrələrdə ciddi rezonans doğurub. Modern.az-a daxil olan məlumata görə, partiyadan isefa verən Məclis sədri Sülhəddin Əkbərin və İbrahim İbrahimlinin  yeni siyasi partiya yaratmaq planı var. Bu partiyanın konturları barədə çox məhdud informasiyalar var.
Modern.az bununla bağlı İbrahim İbrahimliyə müraciət edib. Sualımızı ətraflı cavablandırmayan İ.İbrahimli deyib ki, tezliklə bütün məsələlərə aydınlıq gətiriləcək. “Yaxın günlərdə biz istefamızın səbələri barədə geniş açıqlama verəcəyik. Bir az gözləyin. Hər şeyi deyəcəyik”-deyə İ.İbrahimli deyib.

Bununla yanaşı, keçmiş müsavatçı israrlı suala rəğmən yeni partiya yaradıb-yaratmayacaqlarına aydınlıq gətirməyib. 

Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal