2016-cı ilin ilk günləri dünyanın ən zəngin milyarderi üçün heç də düşərli olmayıb.
Modern.az Qərb agentliklərinə isitnadən xəbər verir ki, yeni ilin ilk 2 həftəsində planetin ən zəngin 400 adamı ümumlikdə 305 milyard dollar vəsait itirib. Buna səbəb Asiya, Amerika və Avropa fond birjalarındakı mənfi dinamika və neftin kəskin ucuzlaşması göstərilir.
Yanvarın 1-dən bəri ən böyük maliyyə itkisinə Amazon.com onlayn-satış saytının təsisçisi Ceff Bozes uğrayıb. Ounn şirkətinin səhmləri 3,85% ucuzlaşdığı üçün milyarder 8,9 milyard dollar həcmində kasıblayıb.
Planetin ən zəngin adamı Bill Geyts isə 2016-cı il daxil olandan 6,8 milyard dollar maliyyə itkisi ilə üzləşib.
Ən zəngin çinli biznesmen Van Çzyanlin isə14 gündə 6,4 milyard dollar geriləyib.
400 ən zəngin biznesmen reytinqinin yalınz 9 üzvü sərvətini artıra bilib. Onlar arasında ən uğurlu misal Reliance İndustries Ltd. şirkətinin hindistanlı sahibi Mukeş Amabni olub. 2016-cı ildə o 620 milyon dollar varlanıb.
Bloomberg agentliyi dünyanın ən zəngin 400 biznesmeninin ümumi sərvətini 3,6 trilyon dollar səviyyəsində qiymətləndirir. Halbuki, 2015-ci ilin əvvəllərində bu göstərici rekord 4,3 trilyon dollar idi.
Vüqar İsmayılov