Ötən il dekabrın 1-dən Daxili Qoşunların və polisin nəzarətində olan Nardaranda əməliyyatlar davam edir. Modern.az musavat.com-a istinadən xəbər verir ki, Nardaranda yaradılan 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyatlar keçirilib.
Qəsəbə sakini İlqar Abdullayevin üzərindən 1 ədəd bıçaq aşkar edilərək götürülüb.İ.Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb. Digər bir əməliyyat zamanı isə Ş.Tusi küçəsində 18 ədəd kustar üsulla hazırlanmış bıçaq, bir ədəd süngü bıçaq, 18 ədəd 5.45 və 1 ədəd 16 çaplı patron aşkar edilərək götürülüb.
Modern.az