Modern.az

Türkiyədə məktəbdə partlayış: 2 ölü

Türkiyədə məktəbdə partlayış: 2 ölü

18 Yanvar 2016, 12:33


Türkiyənin Kilis bölgəsindəki Eyüp Gökçe orta məktəbində yerli vaxtla 09:30 radələrində partlayış olub.  

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, partlayışda bir neçə şagirdin yaralandığı bildirilir.  Hadisə yerinə xilasedicilər, polislər, həkim briqadası cəlb olunub.  

“Habertürk”ün yaydığı məlumatda bildirilib ki, Suriya tərəfindən atılan top mərmisinin məktəbə dəyib.

Qeyd edək ki, hadisə nəticəsində 2 nəfərin öldüyü bildirilir.  

Aqşin Kərimov      

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?