Modern.az

“Şəhidlər məscidi” yenidən istifadəyə veriləcək

“Şəhidlər məscidi” yenidən istifadəyə veriləcək

19 Yanvar 2016, 10:47


“Türkiyə Dəyanət İşləri Vəqfi” tərəfindən tikilən və yenidən təmir işlərinə bağlanan “Şəhidlər məscidi” kimi tanınan ibadət evi yaxın zamanlarda yenidən istifadəyə veriləcək”.

Modern.az xəbər verir ki, bu sözləri “Bizim Yol”-a açıqlamasında Bakı Şəhəri İcra Hakimiyyətinin (BŞİH) nümayəndəsi bildirib.

Məsciddəki təmir işlərini BŞİH-i həyata keçirir. İş icraçısının sözlərinə görə, onlar ibadət evinin daxilində və minarələrində təmir işi ilə məşğuldurlar.  

Qeyd edək ki, 28 iyun 1996-cı ildən ibadətə açılan məscid 2008-ci ildən təmirə bağlansa da uzun müddət orada heç bir iş görülməyib.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi