Modern.az

Quzey Kıbrıs Bakıdakı təmsilçisini dəyişir

Quzey Kıbrıs Bakıdakı təmsilçisini dəyişir

Təhsil

19 Yanvar 2016, 10:53

 

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (QKTC) Bakıdakı təmsilçisi Sadəttin Topuqçunun səlahiyyət müddəti başa çatır. O, yanvarın 27-də Bakını tərk edərək ölkəsinə dönəcək.

Artıq, Quzey Kıbrısın Bakıdakı yeni təmsilçisi müəyyənləşib. Bu haqdaTURKUSTAN.info əməkdaşı ilə söhbətində Quzey Kıbrısın xarici işlər naziri Emine Çolak bildirib.

Bu, QKTC Xarici İşlər Nazirliyinin Konsulluq İşləri müdiri Ufuk Turqanerdir. Nazir yeni təmsilçinin fevralın 1-də Bakıda öz vəzifəsinə başlayacağını söyləyib.   

Məlumat üçün bildirək ki, Ufuk Turqaner 1974-cü ildə Quzey Kıbrısda -  Lefkoşada doğulub.

Doğu Akdeniz Universiteti beynəlxalq əlaqələr fakültəsindən 1996-cı ildə məzun olub. 1997-ci ildə İngiltərədə Nottingham Universitetində beynəlxalq əlaqələr üzrə müdafiə edib.

Xarici İşlər Nazirliyində 1997-ci ildən fəaliyyətə başlayıb, sonra QKTC-nin Brüssel təmsilçisi kimi diplomat fəaliyyətinə davam edib. Bu yaxınlara qədər XİN-nin Konsulluq İşləri müdiri vəzifəsini həyata keçirirdi.

Ufuk xanım evlidir, iki uşaq anasıdır.  

Modern.az  

 
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir