Modern.az

"Bu qanundan sonra əhali rahat şəkildə əmanətlərini banklara qoya biləcək"

"Bu qanundan sonra əhali rahat şəkildə əmanətlərini banklara qoya biləcək"

Təhsil

19 Yanvar 2016, 12:52


“Bir çox ölkələrdə qlobal dünya böhranın təsiri yaşanır. Onlar öz valyuta ehtiyatlatrını itirir, sosial-iqtisadi göstəricilərini xeyli aşağı salır, ixtisarlar edirlər.

Bu fonda Azərbaycan iqtisadiyyatı dinamiklik göstərir, inkişaf edir. Dünən cənab Prezident keçirdiyi iclasda Azərbaycan iqtisadiyyatının davamlılığı, xalqın həyatının daha da yaxşılaşdırılması naminə hökumətə mühüm tapşırıqlar verdi”.

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin növbədənkənar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.  

O qeyd edib ki, devalvasiya prosesindən sonra müəyyən təzyiqlər olsa da, pezident İlham Əliyevin verdiyi tapşırıqlar, atdğı addımlar Azərbaycan iqtidiyyatının yenə də inkişafını davam etdirəcəyinə əminlik yaradır.   

Deputat bildirib ki, neftin qiymətlərinin 4 dəfə ucuzlaşması bizdən asılı olmayan səbəblərlə bağlıdır. Onun sözlərinə görə, ölkədə iqtisadi planlar dəqiqləşdirilməli, cari xərclər azaldılmalı, milli iqtisadiyyatımızın inkişafına yönələn xərclər artırılmalıdır:  

“Qarşımıza qeyri-neft sektorunun inkişaf etdirilməsi, sənayenin inkişafına nail olmaq, əhalinin bütün təbəqələrinin müdafiə sistemini gücləndirmək kimi vəzifələr qoyulub.

Qısa zamanda heç bir dövlət bu qədər sistemli tədbirlər həyata keçirməyib”.   Komitə sədri bildirib ki, “Əmanətlərin sığortalanması haqqında” qanunun təşəbbüskarı bir neçə il öncə prezident olub. O qeyd edib ki, hazırda banklarda 9 milyarda yaxın əmanət var:  

“6,5 milyon əmaətçi var. Onların illik aldığı divident isə 500 milyon manatdır. Əmanətlərin qorunması üçün bu qanun layihəsi önəmlidir. Yeni qanuna əsasən dividentlərdən heç bir faiz tutulmayacaq.  

Bu isə 1 il ərzin 90-100 milyon manata qədər pul edir. Əmanətlərin Sığortalanması Fondu da təkmilləşdirilir. Çətinlik olanda əmanətlənərin sığortalanmasını hökumət öz üzərinə götürür”.

Z.Səmədzadə deyib ki, “Əmanətlərin tam sığortalanması haqqında” yeni qanun layihəsinin MDB-də analoqu yoxdur:  

“Bu qanun qüvvəyə minəndən sonra əhali heç bir hay-küyə baxmadan rahat şəkildə öz əmanətlərini banklara qoya biləcəklər. Borclu olanda belə onların əmanətləri qorunmalıdır. Bu qanunların Azərbaycan iqtisadiyyatı, cəmiyyəti üçün böyük əhəmiyyəti var”.

Parlament üzvü vurğulayıb ki, Azərbaycanın 40 milyard dollar valyuta ehtiyatı var: “Neftin qiymətlərinin ucuzlaşması ilə bir qədər maliyyə ehtiyatı itirdik. Ancaq indi bundan qənaətlə istifadə etməliyik. Ehtiyatlarımızı dollarla hesablasaq, ümumi daxili məhsulun həcminə bərabərdir. Ölkədən çıxan valyuta etyiyatlarını tənzimləmək lazımdır ki, kapital Azərbaycandan qaçmasın, ölkəmizə investisiya qoyulsun. Azərbaycanda valyuta məzənnəsi də tənzimlənməlidir. Bu, ölkənin valyutasını sabit saxlamaq üçün lazımdır”.    

Aytən Zəhra

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir