London fond birjasında Brent markalı neft bahalaşaraq 30 dollardan baha satılıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, günorta saatlarında 1 barel neft 30,12 dollar olub.
Örtən günlə müqayisədə bugünkü satışlarda “qara qızıl” 5,5%, yaxud 1,5 dollar dəyər qazanıb.
Neftin bahalaşması fonunda rus rublu və qazax tengesi dollara qarşı mövqelərini möhkəmləndiriblər.
Vüqar İsmayılov