Modern.az

Hepatitlərə yoluxmağından şübhələnənlər üçün pulsuz MÜAYINƏ

Hepatitlərə yoluxmağından şübhələnənlər üçün pulsuz MÜAYINƏ

Təhsil

19 Yanvar 2016, 19:10


Yanvar ayının 18-dən Respublika Müalicə Diaqnostika Mərkəzi (RMDM) əhalinin hepatitlərdən ödənişsiz müayinələrinə başlayıb”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Modern.az saytına deyib ki, sosial xarakter daşıyan müayinələrin təşkilində əsas məqsəd əhali arasında xəstəliyin yayılma riskini azaltmaq, vaxtında aşkarlamaq və gedişatı haqda vətəndaşı məlumatlandırmaqdır:

“Vətəndaşların pulsuz müayinəsi 1 ay müddətinə davam edəcək. Hepatit müayinələri ən son üsul olan kartest test vasitəsi ilə həyata keçirilir. Müayinə pozitiv nəticələr aşkar etdikdə, vətəndaşlar hepatoloqun qəbulunda ola və xəstəliyini gedişatı, müalicə üsulları haqda məlumat ala biləcək”.

L.Bayramova bildirib ki, bu xidmətdən yararlanmaq istəyən vətəndaşlar Respublika Diaqnostika Mərkəzinə müraciət edə bilərlər.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir