Modern.az

Kanadada 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub

Kanadada 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub

20 Yanvar 2016, 09:32


Azərbaycanın Kanadadakı səfirliyində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Səfirlikdən Modern.az-a verilən məlumata görə, mərasimdə Ottava şəhərində yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbiri açan müvəqqəti işlər vəkili Ramil Hüseynli 20 Yanvar faciəsi haqqında ümumi məlumat verib və bu hadisənin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı roldan danışıb. O, vurğulayıb ki, 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə bu hadisə ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir:

“Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Belə ki, həmin faciəli gündə ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək qəhrəmanlıq zirvəsinə ucaldılar”.

Sonra Azərbaycan diasporunun üzvləri də 20 Yanvar hadisələri barədə fikirlərini səsləndirib və Azərbaycanın bugünkü müstəqilliyini ən böyük nailiyyət kimi xarakterizə ediblər.

Çıxışlardan sonra 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub və tədbir iştirakçılarına ehsan verilib.

Anım mərasimində rejissor Vahid Mustafayevin 39-cu Monreal Beynəlxalq Film Festivalında xüsusi mükafata layiq görülmüş, Azərbaycan xalqının azadlıq mübarizəsini əks etdirən “Qanlı Yanvar” filmi və fotolar da nümayiş etdirilib.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?