Modern.az

“Hakimiyyətdə olanlardan oğluma görə mənimlə əlaqə saxlayanlar var”

“Hakimiyyətdə olanlardan oğluma görə mənimlə əlaqə saxlayanlar var”

21 Yanvar 2016, 12:06

“Oğlum Rüfətin səhhəti artıq normallaşıb. Əvvəl səhhətinə görə narahatlıq keçirsək də, indi ciddi bir şey yoxdur”. Bunu Modern.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının üzvü, Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı hələlik başqa yerlərə müraciət edilməyib.

“İstintaq prosesi hələ ki davam edir. Ona görə anası da, mən də bu hadisənin harada dayanacağını fikirləşirik. Amma ümid sonda ölür. Ümidimizi itirməmişik”.

Eldar Sabiroğlu oğlunun həbs olunmasından sonra onunla əlaqə saxlayanların da olduğunu vurğulayıb.

“Sabiq YAP-çılar və  hakimiyyətdə təmsil olunanlar arasında oğluma görə mənimlə əlaqə saxlayanlar var. Mütəmadi olaraq maraqlanırlar. Lakin hələlik heç kəsə müraciət etməmişəm”.

Qeyd edək ki, Rüfət Səfərov prokurorluq orqanlarındakı işindən istefa verəndən sonra, barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs edilib.

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?