Modern.az

“Palmali”nin baş direktoru 15,8 milyon pulu vergidən yayındırıb

“Palmali”nin baş direktoru 15,8 milyon pulu vergidən yayındırıb

Təhsil

21 Yanvar 2016, 15:19

Rusiyanın cənubunda ən böyük gəmiçilik şirkətlərindən olan “Palmali”nin baş direktoru Aleksey Mixelevə qarşı cinayət işi açılıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o 1,282 milyard rubl (15,8 milyon dollar) məbləğində vergidən yayınmaqda ittiham olunur.

Müəyyən olunub ki. 2010 və 2011-ci illərdə “Palmali” şirkəti yük daşımaları zamanı əldə etdiyigləirti vergi bəyannaməsində qəsdən az göstərib və bununla Rusiya büdcəsinə vergi ödəməkdən yayınıb.  

Aleksey Mixelevin ittihm olunduğu 199-cu maddə 6 ilə qədər həbs cəzası və 3 ilə qədər hər hansı vəzifə tutmağı qadağan edir. 

“Palmali” şirkətinin Rusiya ofisi Rostov şəhərində yerləşir. Şirkətin 50-dən artıq dəniz-çay sistemli gəmisi var.    

Vüqar İsmayılov      

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir