Modern.az

“Kooperasiyalar haqqında” Qanun layihəsi yaz sessiyasında müzakirəyə çıxarılacaq

“Kooperasiyalar haqqında” Qanun layihəsi yaz sessiyasında müzakirəyə çıxarılacaq

Təhsil

21 Yanvar 2016, 15:35

 

Milli Məclisin yaz sessiyasının ilk iclası fevralın 1-də keçiriləcək. Buna qədər isə komitələrdə yaz sessiyasının gündəliyinə salınacaq məsələlər müzakirə ediləcək. Parlamentin komitələrində iş yanvarın 15-dən başlayacaq. 

Modern.az saytı ayrı-ayrı komitələrdən yaz sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələri və digər məsələlər barədə məlumat öyrənməyə çalışıb.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Modern.az-a açıqlamasında bildirib ki, yaz sessiyası üçün müzakirə edəcəkləri və plenar iclasa təqdim edəcəkləri bir vacib qanun layihəsi var.

“Qanunvericilik təşəbbüsü ilə cənab Prezidentdən komitəmizə müxtəlif sənədlər daxil olur. Bundan başqa,  “Kooperasiyalar haqqında” qanun layihəsi də komitəmizin gündəliyindədir. Uzun müddətdir, biz bu qanun layihəsi üzərində işləyirik. Komitəmiz üçün bundan vacib qanun layihəsi yoxdur. Yaz sessiyasının gündəliyinə biz qanun layihəsini təqdim edəcəyik və onun qəbul edilməsi vacib və əhəmiyyətlidir”.

Aytən ZƏHRA

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir