Görüşdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sisteminin uğurla inkişaf etdiyi və bu sahənin böyük önəm daşıdığı qeyd olundu. “Microsoft Corporation” şirkətinin Azərbaycanda bu sahəyə böyük diqqət yetirdiyi məmnunluqla vurğulandı.
Azərbaycan iqtisadiyyatının modernləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin mühüm rol oynadığı qeyd edildi, bu baxımdan təhsilin, kosmik sənayenin prioritet sahələr olduğu bildirildi.
Həmçinin Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə kənd təsərrüfatı sahəsində pilot layihələrin həyata keçirildiyi qeyd edildi.
Söhbət zamanı Azərbaycan ilə “Microsoft Corporation” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı.
***
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti Geri Edrü Kumbe ilə görüşüb.
Görüşdə “Procter and Gamble Europe” şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd edildi. Söhbət zamanı Azərbaycan ilə bu şirkət arasında əməkdaşlığın daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.
***
Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyevin Davosda İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü olub.
Görüşdə Azərbaycan ilə İsrail arasında münasibətlərin inkişafından məmnunluq ifadə olundu, əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Modern.az