Modern.az

Avropa Olimpiya Komitəsi Mehriban Əliyevaya orden verdi

Avropa Olimpiya Komitəsi Mehriban Əliyevaya orden verdi

Təhsil

21 Yanvar 2016, 17:39


Avropa Olimpiya Komitəsi (AOK) bu gün Azərbaycanın birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanı idmanın və Olimpiya hərəkatının inkişafına verdiyi töhfəyə hörmət əlaməti olaraq “Xidmətlərə görə orden” ilə mükafatlandırıb.

Modern.az Avropa Olimpiya Komitəsinə istinadən xəbər verir ki, Mehriban Əliyeva mükafatı AOK prezidenti Patrik Hikkidən qəbul edib.

Qeyd edək ki, Azərbaycanın birinci xanımı "Bakı-2015" İlk Avropa Oyunları Təşkilat Komitəsinə rəhbərlik edib, hazırda 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədridir.


Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir