Ötən il dekabrın 16-da cəbhənin Tərtər istiqamətindəki döyüşlərdə şəhid olan əsgər Rəşad Əlyar oğlu Cəfərzadənin 40 mərasiminin keçirilməsi və başdaşının qoyulması ilə bağlı ailəsinin maddi sıxıntı çəkməsi ilə bağlı məlumat yayılmışdı. Məlumata görə, şəhidin ailəsinin bunun üçün yerli hakimiyyət orqanlarından yardım ala bilməklə bağlı müraciətləri cavabsız qalmışdı. Modern.az saytı xəbər verir ki, artıq problem həllini tapıb. Belə ki, millət vəkili Azay Quliyev məsələ ilə bağlı şəxsən maraqlanıb. Millət vəkili Binəqədi Rayon İcra Hakimiyyətinin məsul şəxsləri ilə məsələni müzakirə edib.
Turkustan.info-nun yaydığı məlumata görə, artıq şəhid əsgərimizin qəbirdaşı və 40 mərasiminin keçirilməsi üçün İcra Hakimiyyəti tərəfindən şəhid ailəsinə zəruri yarıdımın göstərildiyi haqqında millət vəkilinə məlumat verilib.
Modern.az