Modern.az

Neftçilər xəbərdarlıq tətili keçirəcək

 Neftçilər xəbərdarlıq tətili keçirəcək

Təhsil

21 Yanvar 2016, 22:55

 

“Qarasu” Əməliyyat Şirkətində kütləvi ixtisarlar aparılır. Modern.az saytı xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mürvari Qəhrəmanlı bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, “Qarasu” Əməliyyat Şirkəti ölkədə ən çox işçi hüquqlarını pozan şirkətdir: "Təşkilatımıza daxil olan məlumata görə, bu gün şirkətin mühəndis-texniki işçilərini kadrlar şöbəsinə çağırıb onları ödənişsiz məzuniyyətə göndərmək üçün ərizə yazdırmağa cəhd ediblər. İşçilərin bəziləri ərizə yazmaqdan imtina ediblər”.

M.Qəhrəmanlı daha sonra vurğulayıb ki, şirkətin istismar etdiyi “Kaləməddin” və “Mişovdağ” yataqları Rusiya şirkəti tərəfindən istismar olunur: “Bu yataqlar İqor Kirdodaya dədəsindən qalmayıb. Aldığım məlumata görə, fevralın 1-də işçilər xəbərdarlıq tətil keçirmək fikrindədirlər. Məlumatı dəqiqləşdirməyə çalışırıq və araşdırma aparırıq”.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir