Modern.az

“Türkiyə Böyük Millət Məclisi təcili qərar çıxarmalıdır” - Millət vəkili

 “Türkiyə Böyük Millət Məclisi təcili qərar çıxarmalıdır” - Millət vəkili

Təhsil

22 Yanvar 2016, 01:32

 

"Ədalətli Rusiya" Partiyasının sədri, Rusiya Federasiyasının Federasiya Şurasının keçmiş sədri Mironov ənənəvi olaraq "Ədalətsiz Rusiya" mövqeyindən çıxış edərək mülahizə irəli sürüb ki, ilk «genosid» 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin, assuriyalıların və yunanların kütləvi qətliamı olub. "Bu, kütləvi fiziki məhvetmə və qaçılmaz ölümə gətirib çıxaran deportasiya yolu ilə həyata keçirilib.

Mironov bildirib ki, "bütöv bir xalqın sürətli kütləvi qirğını metodunu ilk dəfə məhz yenicə yaranmış türk hökuməti həyata keçirib ki, sonradan bu, Almaniyada nasist cinayətkarları tərəfindən öz tətbiqini tapıb".

Modern az saytı xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa bildirib.

Deptatın sözlərinə görə, Türkiyə Böyük Millət Məclisinin təcili olaraq 18-19-cu əsrlərdə yüzminlərlə Qafqaz müsəlmanlarının qətlinə səbəb olmuş Rusiya tərəfindən törədilən "Çərkəz Soyqırımı"nı , SSRİ hökuməti tərəfindən törədilən Ukraynada 6 milyon insanın qətlinə səbəb olan "Qolodomor" hadisəsini və rus-erməni hərbçiləri tərəfindən törədilən "Xocalı Soyqırımı"nı (Rusiya həm də özünü SSRİ-nin varisi kimi elan edib) bəşəriyyət əleyhinə törədilmiş soyqırım aktı olaraq tanımaq barədə açıq mətndə bir qərar çıxarmalıdır:

“Bu cavab addımı ona görə vacibdir ki, Türkiyə Rusiyanın bu psixoloji hücumunun boşuna olduğunu, türklərin hər zaman və hər üslubda cavab vermə qüdrətinə sahib olduğunu addımbaşı göstəsin. Rusiyada "yalançı erməni soyqırımı" ilə qəbul ediləcək bağlı hər hansı qərar, həm də biz Azərbaycan türklərinə qarşı atılan bir addım olduğuna görə, heç tərəddüdsüz bizlər də buna ciddi reaksiya verməliyik”.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir