Modern.az

“AŞPA-da bu məruzələrin qəbul olunmasına çalışacağıq”

“AŞPA-da bu məruzələrin qəbul olunmasına çalışacağıq”

Təhsil

22 Yanvar 2016, 14:02

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvar ayının 25-29-da keçiriləcək qış sessiyasında Azərbaycanı maraqlandıran iki məruzə olacaq ki, onların qəbul edilməsinə çalışacağıq”.

  Bu sözləri Modern.az-a açıqlamasında AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Fazil Mustafa deyib.   O qeyd edib ki, Azərbaycan nümayəndə heyəti həmin məsələlərin müzakirəsi zamanı fəallıq nümayiş etdirəcək.  

“Militsa Markoviçin Sərsəng su anbarı ilə bağlı “İşğal olunmuş ərazilərdə sudan məhrum etmə və cəbhə xəttində bundan əziyyət çəkən insanlar” və Robert Volterin “Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayonunda vəziyyətin gərginləşməsi” adlı məruzələri bizim maraqlara uyğundur.

Onların qəbul edilməsi istiqamətində diqqətimizi cəmləmişik. Digər gündəlikdə duran məsələlərdən biri AŞPA-nın rəhbərliyində dəyişikliyin olmasıdır. Ann Brassör vəzifəsindən gedəcək və yerinə yeni sədr seçiləcək. Eyni zamanda bir çox məsələlər var ki orada iştirtakımız nəzərdə tutulur”.  

F.Mustafa eyni zamanda AŞPA-da mədəniyyətlə bağlı müəyyən işlərin görülməsinin nəzərdə tutulduğunu vurğulayıb.  

“Deputat Rəfael Hüseynov tərəfindən məruzə hazırlanıb və çıxış edib. Mədəniyyətlə bağlı məsələlərin AŞPA-da qəbulu diqqətdədir. Müəyyən işlərin görülməsi nəzərdə tutulur.

Amma konkret hansı addımların atılması mümkündürsə, onu gediaşatda həll edərik. Orada mədəniyyət məsələlərinin qəbulunda problem yoxdur. Bir az siyasi məsələlərdə təsirlər olur, torpaq, qaçqınlıq məsələlərində ermənilərin xüsusilə müqaviməti var. Buna baxmayaraq işlərimizi görürük və mümkün olduqca bu istiqamətdə qərarların qəbul olunmasına çalışırıq”.  

Aytən ZƏHRA

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir