Modern.az

Ermənilərin açdığı atəş Ağdamda mülki vətəndaşı yaralayıb

 Ermənilərin açdığı atəş Ağdamda mülki vətəndaşı yaralayıb

Təhsil

22 Yanvar 2016, 23:33

 

Ağdamda mülki vətəndaş erməni gülləsinə tuş gəlib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Təzəkənd kəndi ərazisində baş verib.

Ağdam rayon Güllücə kənd sakini 1958-ci il təvəllüdlü Fərəcov Məhəmməd Fərəc oğlu, təsərrüfatında suvarma işləri apararkən ermənilərin açdığı atəş nəticəsində yaralanıb. Yaralı Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Yaxınlarının sözlərinə görə, həkimlər ilkin tibbi yardım göstərdikdən sonra məlum olub ki, güllə dərini zədələyib, lakin daxilə keçməyib.  

Hazırda M. Fərəcovun səhhətində heç bir problem yoxdur. O xəstəxanadan evə buraxılıb.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?