Modern.az

Ədliyyə nazirinin müavini vəzifəsindən azad edilib - Naxçıvanda

Ədliyyə nazirinin müavini vəzifəsindən azad edilib - Naxçıvanda

Təhsil

23 Yanvar 2016, 17:40


Anar Əhmədov Muxtar Respublika iqtisadiyyat nazirinin müavini təyin olunub.

Modern.az APA-ya istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov MR Ədliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyində nazir müavinlərinin vəzifə təyinatı və vəzifədən azad edilməsi ilə bağlı sərəncamlar imzalayıb.

V. Talıbov Elnur İsmayılovun Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini vəzifəsindən azad edilməsi, Anar Əhmədovun isə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilməsi barədə sərəncam verib.

Modern.az  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir