Xaçmaz şəhərində küçədə ölü tapılan qadının şəxsiyyəti müəyyənləşdirilib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, ilkin araşdırma zamanı meyitin 1967-ci il təvəllüdlü Xaçmaz şəhər sakini Şıxnebiyeva Ziyafət Sabir qızı olduğu məlum olub.
Qeyd edək ki, bu gün şəhərin Bakı prospektində 35 -40 yaşlı qadın cəsədi tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib. Ölümün səbəbi ekspertizanın nəticələrindən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
Modern.az